“ Hayastan” Fondu Artsaxda həyata keçiriləcək proqramlar barədə bülleten yayımlayıb

“Hayastan” Ümumerməni Fondu Artsaxda həyata keçiriləcək proqramlar barədə bülleten yayımlayıb.
Bütün dünyada ermənilərin ianəsi sayəsində Artsaxda genişmiqyaslı mənzil tikintisi və infrastruktur inkişaf proqramlarına başlanılıb.
Bu mərhələdə cəmi 70 milyon ABŞ dolları sərmayə qoyulacaq. 85 iqamətgah, 1008 mənzil və 54,5 km yol inşa ediləcək.
Hər bir proqramın detallarının növbəti xəbər buraxılışında yayımlanacağı bildirilir.
Fond, həmçinin “Hayastan”Ümumerməni Fondunun “Oğak” İctimai təşkilatıyla əməkdaşlıq çərçivəsində həyata keçirilən “İlk psixoloji yardım” proqramının birinci mərhələsinin başa çatdığını bildirdi.
Proqram çərçivəsində, müxtəlif bölgələrdən olan 25 iştirakçı sərhəd icmalarında böhran yaşayan sakinlərə psixoloji ilkin yardım göstərməkdə həm nəzəri, həm də praktiki vərdişlər əldə edərək təlim keçdilər.
Fondun və Smart Armeniya İctimai təşkilatın yeni təşəbbüsü sayyəsində və ikinci Artsax müharibəsi iştirakçıları və ailələri üçün bir sıra peşəkar inkişaf imkanları yaradılacaqdır.
İştirakçılar proqramdan bəhrələnənlər seçdikləri kurslara qatılaraq əmək bazarına inteqrasiya prosesində dəstək və yeni bilik və bacarıq əldə edəcəklər.