
“Mənim addımım” fraksiyasının nümayəndəsi Tatevik Hayrapetyan “Facebook” səhifəsində yazdı ki, Avropa Şurasının iclasında məruzəçisi Pol Gava (İrlandiya) Ermənistana səfərinə toxunub.
“Cənəb Gava vurğuladı ki, Dağlıq Qarabağa səfər etməsi çox vacibdir və siyasətdən asılı olmayaraq, humanitar məsələlər olduğu təqdirdə Artsaxa səfərlər əngəllənməməlidir”,- deyə deputat yazdı.
Tatevik Hayrapetyan bildirdi ki, çıxışında Azərbaycanda qanunsuz olaraq əsirlikdə saxlanılan erməni əsirlərin məsələsini qaldırdı.
“Azərbaycan Milli Məclisinin sədri Avropa Parlamentinin bütün erməni əsirlərini dərhal azadlığa buraxmağı tələb edən son qətnaməsini “bir kağız” kimi adlandırdı. Bu, rəsmi Bakının beynəlxalq ictimaiyyətin çağırışlarına münasibətini göstərir, ona görə də bu məsələ təcili həll tələb edir”,- deyə Tatevik Hayrapetyan yazdı.
Tatevik Hayrapetyan bildirdi ki, iclasda belə sual qaldırdı:
“Hazırda sülhdən çox danışılır, lakin sülh sadəcə söz deyildir, bu hərıəkətlərdir, ancaq Azərbaycan davranışı ilə sülhə töhvə vermir. Özünüzə sual verin, İkinci Dünya Müharibəsi bitdikdən sonra Hitlerlə sülh qurmaq mümkün idimi? Azərbaycanın prezidentinin apardığı siyasət nəticəsində Cənubi Qafqazda məhz belə vəziyyət yaradılıb”,- deyə Tatevik Hayrapetyan yazdı.