İqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması üçün üçtərəfli işçi qrupunun növbəti iclasının tarixi Yerevan və Bakıdan asılıdır.
“RİA Novosti”-nin verdiyi məlumata görə, bu haqda Rusiya Baş nazirinin müavini Aleksey Overçuk “Tver Vaqon zavodu” Qapalı səhmdar cəmiyyəti Ermənistana istehsal etdiyi yeni vaqonların təhvilvermə mərasimi zamanı qeyd edib.
“ Bu əvvəlan həmkarlardan asılıdır”- deyərək o,üçtərəfli qrupun növbəti görüşünün tarixi ilə bağlı suala cavab olaraq qeyd edib.
Baş nazir müavini regionda iqtisadi və nəqliyyat əlaqələrinin işçi qrupu çərçivəsində işlərin bu günə qədər çox konstruktiv olduğunu söylədi.
Biz ümidvarıq ki, bütün işçi qrupu üzvlərinin göstərdikləri sağlam dərrakə qalib gələcək və bununla da müvafiq olaraq Azərbaycan və Ermənistan ərazisindən və Rusiya ilə Ermənistan arasından dəmir yolu və avtomobil nəqliyyatının əlaqə açılışına imkan yaradılacaqdır” – deyərək Overçuk qeyd edib.