
Bakının Dağlıq Qarabağın müstəqilliyini tanıması düzgün olardı. Bu sözləri jurnalistə verdiyi müsahibədə, Rusiya Dövlət Dumasının deputatı, MDB İşləri, Avrasiya İnteqrasiyası və həmvətənlərlə münasibətlər komitəsinin birinci sədr müavini,MDB ölkələri institutunun rəhbəri Konstantin Zatulin qeyd edib.
“Əsas məsələ ,hansı ki,prinsipcə Dağlıq Qarabağ münaqişəsinin mərkəzində olub, o da Dağlıq Qarabağın status məsələsidir ki, həll olunmamış qalır.
Başlanığıcdan Ermənistan Respublikası və Dağlıq Qarabağ ondan çıxış edirdi ki, status məsələsi gərək Azərbaycanla şərtləşmələr nəticəsində həll olunsun.Yəni,rayonların bir hissəsi müstəqilliyin tanınması müqabilində veriləcəkdi”- deyərək Zatulin qeyd edib.
Halbuki indi həmin rayonlar döyüş əməliyyatlarını dayandırmağa qarşı verilib.Beləliklə status məsələsi başlıca həll olunmamış məsələ olaraq qalır.
Amma bunun həllinə Ermənistandakı vəziyyəti hesaba almaqla yaxınlaşmaq çətindir.
Zatulin özü, “Azərbaycan SSR-in ərazi bütövlüyü” çərçivəsində hər hansı bir qərarı qəbuledilməz sayır, xüsusən də Azərbaycan SSRİ-dən çıxarkən Qarabağın hiss olunacaq hissəsinə nəzarət etmirdi.
“Azərbaycan tərəfindən gələcəkdə sonsuz hərbi ziddiyyətlər, qarşıdurmalar və qarşılıqlı nifrət zənciri yaratmamaq üçün,Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə məsələsində, qarşı durmasın və bununla ağıllı addım məntiqli addım atmış olar.
Rus deputatın qeyd etdiyi kimi, nə SSRİ-nin dağılması dövründə, nə də Dağlıq Qarabağ əhalisi Azərbaycan tərkibində yaşamağa razı olmamışlar.
Həmsədrlər tərəfindən təklif olunan referendumun versiyasında, şübhəsiz ki, əhalinin münaqişə nəticəsində yaranan nisbətinin (təqribən 74% -i ermənilər) qorunub saxlanacağı təqdirdə, müstəqillik əldə edilməsi nəzərdə tutulurdu.
Azərbaycan bunu dərk edirdi.Zatulinin nöqteyi-nəzərincə Azərbaycana elə faktorlar, məsələn Türkiyənin yardımı və “Məxməri inqlabdan”sonra rus-erməni münasibətlərinin pisləşməsi kimi amillər əlverişli oldu.
Xatırladaq ki,Rusiya ATƏT MQ ABŞ və Fransa ilə birlikdə həmsədr ölkələrindən biridir.
Erməni tərəfi Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun həmsədrliyi əsasında həlli üçün danışıqların davam etdirilməsinin xeyrinə çıxış edir.