
Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vağarşak Harutyuyan arasında telefon danışığı olub.
Məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
Tərəflər regiondakı vəziyyəti və Rusiya sülhməramlılarının Qarabağda qarşılarına qoyulan tapşırıqların icrasını və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti dünən Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov və Harutyunyan arasında aparılan danışıqlar barədə məlumat verdi. Onlar Ermənistan-Azərbaycan sərhədindəki, Syunik və Geğarkunik bölgələrindəki vəziyyəti müzakirə etdilər