Başlıcaİctimaiyyət
1 iyundan etibarən açıq ərazilərdə maska taxmaq artıq məcburi olmayacaq
ER Səhiyyə Nazirliyindən bildiriblər ki, 1 iyundan etibarən açıq ərazilərdə maska taxmaq artıq məcburi olmayacaq.
Peyvənd olunan vətəndaşlar üçün qapalı yerlərdə maska taxmaq 1 iyuldan etibarən məcburi şərt olmayacaq.
Ölkədə koronavirusa qarşı vaksinasiyası 3 peyvənd ilə aparılır – “Sputnik-V”, “AstraZeneka” və “Koronavak”. “AstraZeneka” və “Koronavak” peyvəndləri 18 yaşdan yuxarı insanlara peyvənd oluna bilərlər.