Bir sıra parlament və parlamentdən kənar qüvvələr Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi aradan qaldırmaq üçün BMT Təhlükəsizlik Şurası ilə əlaqə imkanlarını da nəzərdən keçirmək lazım olduğunu düşünürlər.
Hakimiyyət orqanları bu addımı nəzəri cəhətdən istisna etmir, lakin hələ də KTMT-nin cavabını gözləyirlər.
Üstəlik, Ermənistanın yenidən KTMT-yə müraciət edəcəyini istisna etmirlər, lakin artıq müqavilənin 4-cü maddəsiylə yəni hərbi yardım almaq məqsədiylə olacaq.
Dünən Verin Şorjada düşmən tərəfindən vurulan erməni müqaviləli hərbiçinin öldürülmə faktını nəzərə alaraq bu mövzu parlamentdə olduqca kəskin vurğularla müzakirə edildi.
Vəziyyət azərbaycanlıların Ermənistanın suveren ərazisindəki sərhəddi pozduğu hərəkətləri səbəbindən dəyişir. Erməni hərbiçi həlak olub.Erməni tərəfi KTMT tərəfdaşlarına vəziyyətin nəzarətdən çıxa biləcəyini bildirib. Bu haqda Təhlükəsizlik Şurasının katibi Armen Griqoryan bəyan edib.
KTMT hələ Ermənistanın ilk müraciətinə cavab verməyib, hökumət struktura başqa bir maddə ilə müraciət etmək ehtimalını istisna etmir.Bunu, parlamentdə Xarici əlaqələr üzrə daimi komitə sədri Ruben Rubinyan təsdiq edib.
“Ermənistan problemi, ilk növbədə, siyasi və diplomatik yollarla həll etməyə çalışır, bu o demək deyil ki, bu olmazsa, başqa bir həll yolu ola bilməz.
Öhdəliklərimizi açıq şəkildə müəyyənləşdirdiyimiz müttəfiqlərimizin, o cümlədən hərbçilərin bu müddətdə bizə kömək etmələrini ehtimal edirik.Son hadisələri nəzərə alaraq, mən istisna etmirəm ki, yalnız Maddə 4-ə çatacağımızı istisna etmirəm”.
KTMT Müqaviləsinin 4-cü maddəsin əəsasən, təcavüz, KTMT üzv ölkələrindən birinin təhlükəsizliyini, sabitliyini, ərazi bütövlüyünü və ya suverenliyini təhdid edən bir hücum halında, belə bir açıqlama verildiyi təqdirdə dərhal, hərbi yardım göstərilməlidir.
Lakin erməni siyasi qüvvələrinin fərqli yanaşmaları var. Bir sıra parlament və qeyri-parlament partiyaları hökuməti yenidən KTMT-yə deyil, BMT Təhlükəsizlik Şurasına müraciət etməyə çağırır.
“Respublika” partiyası,”Lusavor Hayastan”, deputat Arman Babacanyanın rəhbərlik etdiyi “Ermənistan naminə” partiyası bu addımın tərəfdarlarıdır.
“Bu vəziyyətdən çıxış yolu tapmaq üçün dərhal BMT Təhlükəsizlik Şurasına müraciət etmək qalır. Aydındır ki, məqsəd Ermənistanda xaos yaratmaq, qəsb etmək və bu vəziyyətdə mümkün qədər çox güzəştə getmək üçün Ermənistandakı erkən seçkilərdir.
Bu, yalnız Türkiyə ilə Azərbaycanın ortaq qərarı deyil. Biz açıq şəkildə görürük ki, bu məsələdə maraqlı digər ölkələr var Belə ki, burada ciddi liklə düşünməyə səbəb var”.
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin bildirib ki, Rusiya bütün müttəfiqlik öhdəliklərini layiqincə yerinə yetirir. Dürüst danışmağa, Rusiyanın müharibəni bitirməsində Ermənistana əməli kömək edən yeganə ölkə olduğunu qəbul etməyə çağırır. Sonra səfirin dediyinə görə, Rusiyanın 102-ci hərbi bazasının, rus sərhədçilərinin və Sünikdəki sülhməramlılarının Qarabağda normal dinc bir həyat təmin etmək üçün göstərdikləri səyləri sadalayır.
“Erməni-rus müttəfiq münasibətlərinin xalqlarımızın mənafeyi baxımından alternativi yoxdur” – deyərək Rusiyanın Ermənistandakı səfiri qeyd edib.
Parlamentin Xarici əlaqələr komitəsinin sədri təsdiqlədi ki, KTMT ilə əməkdaşlıq gözlədiyi kimi təcili həyata keçirilmir.Rubinyan, KTMT-dən cavab gözləmək üçün məqbul bir vaxt çərçivəsindən danışır və BMT Təhlükəsizlik Şurası ilə əlaqə qurmaq ehtimalı hələ də arsenalındadır.
“Bu mümkün addımlardan biridir, lakin onların öz yeri, vaxtı və məqsədəuyğunluğu var.İstisna etmirəm ki, buna həmçinin iş çata bilər. Bunun gələ biləcəyini istisna etmirəm. Təbii ki, sağlam düşüncə mövcuddur. Bu sağlam düşüncə çərçivəsində əvvəlan müttəfiqlərimizin müqavilə öhdəliklərinə əməl etmələrini gözləyərək problemi diplomatiya və siyasət yolu ilə həll etməyə çalışacağıq.
Bu uğursuz olarsa, Ermənistan məsələni başqa yolla həll etmək hüququnu özünə icazə verəəck”
“Barqavac Hayastan” partiyasında , KTMT-nin Türkiyə və Azərbaycanın ortaq məqsədini – quruluşu bölgədən sıxışdırıb çıxartmağı başa düşəcəyinə inanır.
Mövcud hökumətdən dərhal addımlar tələb edirlər” – deyə fraksiya katibi Arman Abovyan qeyd edib.
“Bütün beynəlxalq qurumlar iştirak etməlidir. Sual olunur, nə üçün bu məsələdə işlər effektiv deyil. Hakimiyyət təcili olaraq addımlar sistemini təqdim etməlidir ki, o da ilk növbədə terror qüvvələrini, söz Azərbaycan ordusunun ərazimizi tərk etməsindən gedir.
Ona görə ki,hər hər an həm hərbiçilərimizin həm də mülki vətəndaşlarımızın həyatı təhlükə altındadır. Bu addımları təcili olaraq təqdim etməyə çağırıram, bəlkə də ictimaiyyəti məlumatlandırmırsınız, ən əsası bütün bunları dayandırmaqdır”.
Parlament əksəriyyətinin nümayəndələri sərt beynəlxalq reaksiyanı və beynəlxalq sərt ittihamları xatırladıb.
Deputat Tatevik Hayrapetyana görə isə bu “havadan gələn olay deyil” .Yəni bütün fürsətlərdən istifadə olunur, hər istiqamətdə, bəzən də görünməyən işlər aparılır.