BaşlıcaSiyasət

Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində beynəlxalq müşahidəçilər yerləşdirməyi təklif edir

ER Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı. Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində beynəlxalq müşahidəçilərin yerləşdirilməsini təklif edib

Hörmətli  həmkarlar,

“Bu gün mən Gegharkunik  vilayətindən , xüsusən Küt kəndi ərazisinin bizim sərhəd bölgələrimizndən qayıdıram. Orada yerindəcə hadisəylə tanış oldum və təəssüratlarımı sizinlə bölüşmək istəyirəm. Ancaq bundan başqa  vəziyyətin  həll yolu təklifiylə çıxış etmək etmək istəyirəm.

Vəziyyət gərgindir və bu gərginliyin dinamikası artmaqdadır.. Yəni, nəinki yalnız statik gərgindir, həm də  ardıcıllıqla gərginləşir və çox ehtimal ki, getdikcə gərginləşəcəkdir.

Nə üçün? Çünki son15 günlər ərzində  torpaqlarımıza sızan Azərbaycan əsgərləri və bizim hərbiçilərimiz, bizim hərbi bölmələrimiz qarşılıqlı nüfuz durumundadır.Yəni, göründüyü kimi, onlar yalnız üz-üzə deyil, həm də qarışıqlı nüfuz vəziyyətindədirlər.

 Vəziyyət nəinki yalnız o səbəblə gərginləşəcək ki, adamlar artıq 15 gündür ki, qarşı- qarşıyadır, artıq müxtəlif insidentlər qeyd olunub və  nəhayət vəziyyəti partlaya bilər. Bu günki hadisədən sonra ehtimal olunur ki,bizim SQ nümayəndələri də  girov götürməyə cəhd edəcək, sonrasa onlar cavab addımlarına cəhd edəcək və beləliklə davam olunacaq…

Mənim qiymətləndirməm odur ki, vəziyyət nizamlanmazsa bu təxribat qaçılmazdır və geniş miqyaslı toqquşmaya çevrilə bilər.

Vəziyyətin gərginliyini azaltmaq üçün dinc yolla, diplomatik yolla həllini təklif etmək istəyirəm.

Bilirsiniz ki, Azərbaycan öz hərəkətlərini əlindəki bəzi xəritələrlə əsaslandırır və bununla bağlı sərhəd xəttinin yeri və coğrafiyasına dair fikirlərimiz fərqlidir. Əlbətdə ki, bu qiymətləndirməni paylaşmırıq və bizim mövqeyimiz dəqiqdir.

 Ancaq vəziyyət belə partlayıcı hala gəldiyindən mən  beynəlxalq cəmiyyətə açıq təklif edirəm. Bu təklif həm də Azərbaycan hökumətinə ünvanlanır:

Təklif aşağıdakıdır: biz şərtləşirik ki,təcili olaraq hər iki tərəflərin silahlı qüvvələri tam şəkildə sərhəddən uzaqlaşır.Yəni, sərhəd haqqında belə bir təsəvvür var: 5 kilometr bu tərəfə və o tərəfə.

Müəyyən km fərq olmalıdır  1,2,3. Silahlı qüvvələri bölmələrinin həmin ərazilərdən öz çıxış mövqelərinə qayıtmasını təklif edirik. Bunun əvəzinə, Rusiyanı və ya ATƏT-in Minsk qrupunun həmsədrlərini təmsil edən beynəlxalq müşahidəçilər ehtimal olunan sərhəd boyunca yerləşdiriləcək.

 Beləliklə, sərhədin müəyyən kilometrlərinin qəbul edilməsində bir fərq var. Silahlı qüvvələr bölmələrinin ümumiyyətlə bu ərazilərdən daimi mövqelərinə qayıtmasını təklif edirik. Bunun əvəzinə, Rusiyanı və ya ATƏT-in Minsk qrupunun həmsədrlərini təmsil edən beynəlxalq müşahidəçilər sərhəd adlanan əraziyə yerləşdiriləcək.

Bölgədə müşahidəçilərin olması isə tərəflərin qarşı tərəflə razılaşmanı yerinə yetirdiyinə, yəni qoşunları sərhədə yaxınlaşdırmadığına əmin olması üçün vacibdir.

Söz Sotk-Xoznavar bölgəsindən gedir. Mövcud anda məhz bu bölgədə sərhəd gərginliyi irəli gəlib.

Ondan sonra sərhəd  nöqtələrinin  müəyyənləşdirilmə  işləri aparılacaq. Belə olan halda yenə də mənim fikrim budur ki, Rusiyadan və ya ATƏT-in Minsk qrupundan müşahidəçilər cəlb edilməli və bu proses RF və ya ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsində olmalıdır.

Təklif etdiyim plan budur. Əgər Azərbaycanın həqiqətən sərhəd məntəqələrinin dəqiqləşdirilməsində problemi varsa, onda bu planı rədd etmək üçün heç bir səbəbi olmamalıdır.

Biz də öz tərəfimizdən mövqeyimizi və baxışımızı bütün beynəlxalq müşahidəçilərə əsaslandıra biləcəyimizə əminik. Bəlkə də onların da güvən hissləri var, ancaq söz bundan getmir, söz  vəziyyətin bu mərhələdəki eskalasiyasını aradan qaldırmaqdan və sülh yolu ilə diplomatik həll yolunu tapmaqdan gedir.

Bunu Rusiyaya, ATƏT-in Minsk qrupu həmsədr ölkələrinə və əlbəttə  Azərbaycana  rəsmi bir təklif saya bilərik və sayıla bilər. Ümid edirəm ki, bu təklif qəbul olunacaqdır.

Düzü, hadisəyə yerindəcədə tanış olaraq, bu vəziyyəti həll etməyin ən qısa, ən təsirli, ağlabatan bir yol olduğu qənaətinə gəldim, çünki təkrar edirəm, bu yolla getməsək, vəziyyət qaçılmaz olacaq, nəzarətdən çıxacaq və biz buna icazə verə bilmərik.

 Bu təklifə əlavə olaraq, əlbəttə ki, beynəlxalq tərəfdaşlarımızla aktiv məsləhətləşmələrə başlayacağıq. Xarici İşlər naziri ilə bu mövzuda artıq danışmışıq və ümid edirəm ki, təklifi tezliklə həyata keçirməyə başlamaq üçün imkanımız olacaqdır”.

Daha çox göstər
Back to top button