BaşlıcaSiyasət

Paşinyan BMT Təhlükəsizlik Şurasına müraciət etmək ehtimalını istisna etmir

“Sev lic”adlanan ərazidə Azərbaycanın təşəbbüs etdiyi addımların məqsədi hərbi toqquşma alovlandırmaq idi.Əvvəllər Azərbaycan prezidenti elan etmişdi ki, gücdən istifadə edəcək “Sev lic”dən Biçəmək ərazisinə kimi dəhliz yaradacaq.

Baş nazir vəzifəsinin  icraedicisi  Nikol Paşinyan parlamentdə KTMT hərəkətlərinin sürətinin hazırda yetərli olmadığını, ancaq Ermənistanın bu istiqamətdə ardıcıllıqla işi davam edəcəyini bildirib.

Müdafiə naziri vəzifəsinin icraedicisi  RF-na  səfər edəcəyini söyləyən Paşinyan əlavə edib ki, KTMT həmkarları və təhlükəsizliyin bir nömrəli müttəfiqi RF  ilə əməkdaşlığımızı dərinləşdirməliyik.

Bu iddiaya baxmayaraq, Baş nazir vəzifəsinin  icraedicisi     BMT Təhlükəsizlik Şurasına müraciət edilməsi imkanını istisna etmir.

“KTMT Azərbaycanın öz qoşunlarını geri çəkməsi ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməyib”- deyərək Paşinyan qeyd edib. O, məsələnin iş səviyyəsində müzakirə olunduğunu da qeyd etdi. BMT Təhlükəsizlik Şurasına müraciət etmək məsələsinə toxunan Paşinyan, məsələ  ilk gündən də müzakirə  mövzusu olubdur və davam edir,sadəcə incəliklər var.

Bu cür qərarlar qəbul edərkən müəyyən bir proqnoza sahib olmağın lazım olduğunu izah etdi.

“Biz bu yolla gedəcəyimizi heç vaxt istisna etməmişik”- deyərək Nikol Paşinyan  qeyd  edib.

Baş nazir, vəziyyət kəskin şəkildə gərginləşmədiyi təqdirdə hərbi vəziyyət elan etməyə ehtiyac görmədiyini deyib.

Yaxın gələcəkdə mümkün sənədin imzalanması problemi də yan keçilməyib.

Baş nazir  vəzifəsinin səlahiyyətçisi deyib ki, Azərbaycan əsgərləri Ermənistan ərazisini tərk etməyincə hökumət heç bir sənəd imzalamayacaq.

Nikol Paşinyan 2 variantın müzakirə olunduğunu söylədi ․ Ya Azərbaycan  qoşunları Ermənistan ərazisindən çıxarılmalıdır məsələsi, ondan sonra razılaşdırılmış sənəd imzalanır və ya imzalanarsa, geri çəkilmə üçün konkret geri çəkilmə müddətlər qeyd olunur.

Paşinyan  elan edib ki,Azərbaycan Ermənistana qarşı aqresiya   həyata keçirib.O, eyni zamanda deyib ki, iki yazılı təklif  ediblər və bu haqda ilk dəfə danışır.

“Birincisi,  əsirlərin tamamilə geri qaytarılmasıdır, ikincisi koordinatlar vermişik ki,Azərbaycan  qoşunları hansı koordinatlardan o tərəfdə olmalıdır.Həmin andan başlayaraq hər hansısa   cavab almamışıq” – deyərək Ermənistan Baş nazir  vəzifəsinin səlahiyyətçisi qeyd edib.

.

Daha çox göstər
Back to top button