BaşlıcaSiyasət

Təhlükəsizlik Şurasının katibi: “Vəziyyət tamamilə nəzarətdən çıxa bilər”

Ermənistan Gegharkunik  vilayətinin Verin Şorja kəndi ərazisində ölən hərbiçiylə  bağlı KTMT-yə müraciət edəcək.

Bu haqda  Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Griqoryan Ermənistan Dövlət Televiziyasına verdiyi müsahibəsində  bildirib.

“Provakasiyanı Azərbaycan edib.Bilirsiniz ki, biz Ermənistan Respublikasının suveren  ərazisini tərk etmək tələbini etmişik.i Ancaq azərbaycanlılar qalır və bəzən rovakasiyalar edir.

Biz bütün bu informasiyanı  KTMT göndərmişik və müzakirələrə başlayaq,anlayaq ki, nə etməliyik” – deyərək o, qeyd edib.

Grigoryan həmçinin , Ermənistanın KTMT üzvü olan ölkələrə vəziyyətin nəzarətdən çıxa biləcəyi barədə xəbərdarlıq etdiyini vurğuladı.

“Və bu bir daha göstərir ki, problemi  təcili həll etmək üçün çox sürətli hərəkətə ehtiyac var, əks təqdirdə vəziyyət bəzi hadisələrlə tamamilə nəzarətdən çıxa bilər” –deyərək  o qeyd edib.

Xatırladaq ki, Azərbaycan ordusu mayın 12-dən bəri Ermənistanın Sünik bölgəsindədir və  “Sev lic” ərazilərində möhkəmlənməyə cəhd edir.Bənzər bir vəziyyət Geğarkunik mahalının Kot kənd ərazisində də mövcuddur.

Daha çox göstər
Back to top button