
Mediamax-a əsasən, Ermənistan Respublikası Xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan XİN işçiləri ilə vida görüşündə deyib: “Bu vəzifəyə gələndə bəyan etdim ki, diplomatiya məğlub olmayıb və mən hələ də israr edirəm ki, diplomatiyamız məğlub olmayıb”.
“Düşünürəm ki, beynəlxalq tərəfdaşlarımız Ermənistanın məğlub olmadığını, Artsaxın məğlub olmadığını, ermənilərin məğlub olmadığını başa düşüblər. Düşmənlərimiz də bunu başa düşüb”- deyə o qeyd edib.