
Ara Ayvazyan bəyanatın məzmununa etiraz etməyib. ER Parlamentinin “Mənim addımım” fraksiyasının lideri Lilit Makunts, parlamentdə brifinq zamanı, Ara Ayvazyanın istefasının Nikol Paşinyanın beynəlxalq müşahidəçilər yerləşdirmə təklifi ilə əlaqəsi olub-olmadığına dair suala toxunaraq qeyd edib.
Lilit Makunts vurğulayıb ki, mayın 27-də keçirilən Təhlükəsizlik Şurasının iclasından əvvəl Nikol Paşinyan bəyanatın məzmunu barədə Xarici İşlər Naziri vəzifəsinin icraedicisinə məlumatlandırıb. “Bununla bağlı nazir tərəfindən ən azından heç bir etiraz bildirilməyib. Digər motivlər haqqında heç nə deyə bilmərəm, çünki bilmirəm”- deyə Makunts qeyd edib.
İlham Əliyevin Zangezur dəhlizində yaxşı nəticələrin olduğuna dair bəyanatına toxunan Makunts bildirib:
“Mən Azərbaycan prezidentinin yanaşmasını deyil, ER Baş nazirinin rəsmi yanaşmasını və sözlərini sitat gətirməyə meyilliyəm və hammızı buna çağırıram. Baş nazir qeyd edib ki, söhbət dəhlizdən yox, yalnız infrastrukturun blokdan çıxarılmasından gedir”.
Bu anda müşahidəçilərin yerləşdirilməsi üçün Azərbaycanı gözləməliyikmi sualına Lilit Makunts qeyd edib ki, Azərbaycan silahlı qüvvələri Ermənistan ərazisindən çəkilənə qədər heç bir proses başlana bilməz.