
Mayın 28-də Moskvada Ermənistan müdafiə nazirinin vəzifəsini icra edən Vağarşak Harutyunyanla Rusiya müdafiə naziri Sergey Şoyqunun görüşü olub.
ER Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə tərəflər Dağlıq Qarabağda həyata keçirilən sülhməramlı missiyanın prosesi, Ermənistanın Syunik və Geğarkunik bölgələrindəki vəziyyət, habelə Ermənistan-Rusiya ikitərəfli hərbi əməkdaşlığı və regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdilər.
ER MN başçısı rusiyalı həmkarına Azərbaycan silahlı birləşmələrinin Ermənistan ərazisinə daxil olmasının detaylarını və ER Silahlı Qüvvələrinin həyata keçirdiyi tədbirləri təqdim etdi. Vağarşak Harutyunyan qeyd edib ki, Azərbaycan tərəfindən “sərhədlərin dəqiqləşdirilməsi” adıyla həyata keçirilən təxribatlar qəbuledilməzdir və Azərbaycan bölmələri təcili olaraq Ermənistan Respublikasının suveren ərazilərini tərk etməlidirlər.
ER Müdafiə Nazirliyinin məlumatına əsasən, tərəflər vəziyyəti həll etmək üçün mümkün variantları nəzərdən keçirərək, lazımi addımlar barədə razılığa gəldilər.