
Bu günlərdə Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiya barədə çox danışılır. Ümumiyyətlə, bu proses beynəlxalq səviyyədə tənzimlənir və güc tətbiqi və güc tətbiqi təhdidi əvvəlcədən istisna edilməlidir. Başqa sözlə, delimitasiya və demarkasiya pis bir şey deyil, ancaq sülh prosesi deməkdir, lakin Azərbaycan bizə qarşı getdikcə daha aqressivləşir.
Mütəxəssislər deyirlər ki, demarkasiya üçün lazım olan ilkin ofis işidir, bu müddətdə xəritələr, metodlar müəyyən edilir. Bundan sonra demarkasiya edilir. Və bu bütün proses uzun illər sürər. Və bu bir mütəxəssisin və ya bir nazirliyin işi deyil”,- deyə ekspert Şahen Şahinyan Ermənistan Respublikası qəzetinə müzahibəsində vurğuladı.
Delimitasiya və demarkasiya beynəlxalq hüquqda qarşılıqlı razılaşma yolu ilə qonşu dövlətlərin sərhədinin, müvafiq xəritənin və sərhədin müəyyənləşdirilməsidir.