BaşlıcaİdmanSiyasət

Vağarşak Harutyunyan və Sergey Şoyqu Ermənistan-Azərbaycan sərhədindəki gərginlik məsələsini müzakirə edib

Mayın 31-də Ermənistan Respublikasının Müdafiə nazirinin vəzifəsini icra edən Vağarşak Harutyunyan Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə telefon danışığı aparıb. İki strateji müttəfiq ölkənin müdafiə ali idarəçiliklərinin başçıları Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti və onun həlli ilə bağlı ötən həftə Moskvada keçirilən görüşdə əldə olunan razılaşmaların həyata keçirilməsinin yollarını müzakirə ediblər.

Tərəflər ER Silahlı Qüvvələrində başlanan islahatların əsas istiqamətlərinə, Artsax Respublikasında Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirildiyi missiyanın prosesinə, eləcə də regional təhlükəsizlik məsələlərinə və onların qarşısının alınması ilə bağlı birgə hərəkətlərlə əlaqəli bir sıra məsələlərə toxunublar. 

Daha çox göstər
Back to top button