BaşlıcaBeynəlxalqSiyasət

AİHM əsir götürülmüş 6 erməni hərbçisi barədə məlumat vermək üçün Azərbaycana iyunun 4-dək vaxt verib

Avropa İnsan Haqları Məhkəməsi, Geğarkunik bölgəsinin sərhəd hissəsində əsir götürülmüş altı erməni hərbçinin vəziyyəti barədə məlumat vermək üçün Azərbaycana 4 iyuna qədər vaxt verib. Bu barədə İctimai Teleşirkətinin “Lurer” xəbər xidməti bildirərək əlavə edir ki, Qırmızı Xaçın Bakı ofisindən əsir götürülən herbçiləri hələ ziyarət etməyiblər.

Ermənistandakı Qırmızı Xaç rabitə proqramlarının rəhbəri Zara Amatuni “Lurer”ə bildirib ki, əsirlərin ziyarətini təmin etmək üçün iki ölkənin səlahiyyətliləri ilə gündəlik dialoq aparırlar. Qırmızı Xaç nümayəndələri Azərbaycanda saxlanılan digər hərbi əsirləri, o cümlədən mülki şəxsləri ziyarət ediblər və valideynlərinə video mesajlar veriblər.

“Ziyarətin əsas məqsədi əvvəlcə bu şəxsləri qeydiyyata almaq, sonra da mütəmadi ziyarətlərə başlayaraq əvvəlcə saxlanma şəraitini, bu insanlara münasibətini yoxlamaq, habelə yaxınları ilə əlaqə qurmağa kömək etməkdir”- deyə o qeyd edib.

Mayın 27-də səhər tezdən, azərbaycanlılar Ermənistanın Geğarkunik bölgəsinin sərhəd hissəsində mühəndis işləri apararan 6 erməni hərbçisini əsir götürdülər.

Ermənistan Respublikası 27 May tarixində əsir götürülmüş 6 erməni hərbçisinin əsas hüquqlarının təmin edilməsi tələbi ilə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

Daha çox göstər
Back to top button