BaşlıcaSiyasət

“Armenia” aviaşirkəti yeni təyyarə əldə edib: Uçuş coğrafiyası genişləndiriləcək

“Armenia” aviaşirkəti Yeni Boeing 737-800 əldə edib  və indi erməni aviadaşirkətinin üç təyyarəsi var.

“Armenia” aviaşirkətinin nümayəndəsi Neli Kostandyan “Sputnik Armenia”-ya müsahibəsində bildirib ki, yeni təyyarə uçuşların istiqamətlərini və sayını artırmağa imkan verəcək.

Dünən “Zvartnos” beynəlxalq hava limanında erməni daşıyıcısının təyyarəsinin qarşılanma mərasimi keçirilib.

Hazırda təyyarə bir neçə gün ərzində uçuşlar həyata keçirməyə başlayacaqdır.

Kostandyan qeyd edib ki, aviaşirkət yaxın vaxtlarda yeni istiqamətlər açılacaq.

Hazırda aviaşirkət həftədə 11 dəfə Moskvaya, 4 dəfə Tbilisiyə, biri Voronejə, biri Minvoda, İrana çarter reysləri və Yunanıstan, Kipr, Xorvatiya kimi turizm istiqamətlərinə müntəzəm reysləri aparır.

Aviaşirkət Yerevan-Tbilisi reysləri həyata keçirməkdə davam edəcək.

Qeyd edək ki, “Armenia” aviaşirkəti 2015-ci ildə aurulub.

Daha çox göstər
Back to top button