Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan mayın 27-də Azərbaycan tərəfindən Ermənistanın Geğarkunik bölgəsində əsir götürülən erməni hərbçiləri ilə görüşmə əldə etmək üçün Ermənistan və Azərbaycan hakimiyyətləri ilə dialoq aparır.
BQXK-nın Yerevandakı ofisinin nümayəndəsi Zara Amatuni bildirdi ki, Qırmızı Xaç neytral humanitar vasitəçinin səlahiyyətləri çərçivəsində bu insidentlə bağlı hər iki tərəfləri dialoq aparır.
Amatuninin sözlərinə görə, BQXK əməkdaşları hələ də qeyd olunan şəxslərlə görüşmə əldə edə bilməyiblər.
Qeyd edək ki, mayın 27-də Ermənistanın Geğarkunik bölgəsinin sərhəd hissəsində Ermənistan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində mühəndis işləri apardığı zaman Ermənistan Silahlı Qüvvələrinin 6 hərbçisi Azərbaycanın hərbçiləri tarafından mühasirəyə alınıb və əsir götürülüb.