BaşlıcaSiyasət

Ermənistan ərazisində Azərbaycana heç bir dəhliz verilməməlidir: “İşıqlı Ermənistan”

Ermənistan ərazisindən keçən heç bir dəhliz Azərbaycana verilməməlidir. Bunu 31 mayda ER Parlamentində brifinq zamanı “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan bildirib. Onun fikrincə, sərhədlər bütün istiqamətlərdən gec-tez blokadadan çıxarılmalıdır.

“Amma mən Ermənistan Respublikası ərazisindən keçən hər hansı bir dəhlizin Azərbaycana verilməsinə razı deyiləm”,-Marukyan qeyd etdi.

Deputatın sözlərinə görə, gec-tez üçtərəfli komissiya yaradılmalı və sərhədlərin demarkasiya-delimitasiya məsələsiylə məşğul olmalıdır.

Daha çox göstər
Back to top button