“Lragir.am” yazır: “Son günlərdə baş verən hadisələr nəzərə alaraq sərhəddə gərginliyin daha da artması və mümkün hərbi əməliyyatlarla əlaqədar olaraq Azərbaycan əhalisi arasında bəzi narahatlıqlar var. Eyni zamanda, cəbhə bölgəsindəki hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların valideynləri sərhəd əhalisinin və ordu qüvvələrinin Əliyev siyasətinin qurbanına çevrilə biləcəyini başa düşərək, nəyin bahasına olursa-olsun uşaqları təmas xəttlərindən uzaq bölgələrə yerləşdirilən ehtiyat hissələrinə köçürülməyə çalışırlar.
Əliyevə gəlincə, Rəcəb Ərdoğanın göstərişi ilə vəziyyəti qəsdən ağırlaşdırır, hər iki tərəfdəki hərbçilərin həyatını riskə atır. Məsələ burasındadır ki, Türkiyə hədəflərinə tam çatmayıb. Ərdoğanın sözləri əməllərindən fərqlənmir və hədəfləri olduqca iddialıdır- ikinci Osmanlı İmperiyasının dirçəlişi və Aralıq dənizindən Sakit Okeana qədər uzanan Böyük Turanın yaradılması. Bunu dərk edən Əliyev, həm Rusiyanı, həm də Türkiyəni, xüsusən də keçən Qarabağ müharibəsində əhəmiyyətli siyasi, hərbi və hərbi-texniki yardım müqabilində ölkəsinin suverenliyini bağışladığı Türkiyə liderini məmnun etmək məcburiyyətində qalır və indi səssizcə Ərdoğanın əmrləri ilə gündəlik olaraq əsgər və zabitləri ciddi riskə atır”.