
Bölgədəki nəqliyyat əlaqələrinin mühasirəsini aradan qaldırılması kontekstində Sovet İttifaqı zamanı fəaliyyət göstərən dəmir yolu infrastrukturunun imkanları, yolların bərpası, bərabər şərtlərlə yük daşıma imkanları daha gözə çarpandır.
ER Baş nazir müavini vəzifəsinin icraedicisi Ermənistan-Rusiya-Azərbaycan işçi qrupunda olan ER nümayəndəsi Mher Grikoryan jurnalistin sualını cavablandıraraq qeyd edib.
Qeyd edək ki,dünən Azərbaycan prezidenti İlham Əliyev üçtərəfli işçi qrupunun danışıqlar apardığı yolların açılması məsələsində yaxşı nəticələrin əldə edildiyini bildirmişdi.
“2021-ci il yanvarın 11-də bəyanatın bəndlərinə əsasən, yaradılan ixtisaslaşmış alt qruplar tərəfindən genişəhatəli analitik-tədqiqat işləri aparılmışdır.
Bunlar dəmir yolu avtomobil daşıntılarının texniki cəhətcə mümkün və səmərəli versiyaların aşkar olunmasına aiddir.
Həmçinin, təhlükəsizlik, sərhəd, gömrük və digər tipli nəzarət növlərinin təşkili və həyata keçirilməsi imkanlarını hesaba alınır” – deyərək Grigoryan qeyd edib.
Onun sözlərinə görə, bölgədəki mövcud nəqliyyat əlaqələrinin mühasirəsini aradan qaldırılması kontekstində beynəlxalq nəqliyyat üzərində sərhəd, gömrük və digər nəzarət növləri üzrə işlər davam edir.
Bunlar MDB-nin normativ hüquqi bazası və Ermənistan Respublikasının tərəfdar çıxdığı digər çoxtərəfli beynəlxalq müqavilə və konvensiyaların tənzimlənməsi çərçivəsində öyrənilir.
Eynikontekstdə , Grigoryana əsasən,nəqliyyat infrastrukturunun, yolların və bölgədəki digər ölkələrin iqtisadi təsirlərinin və mümkün əlaqələrin potensial təsiri qiymətləndirilir.
“Hal-hazırda Sovet İttifaqı dövründə fəaliyyət göstərən dəmir yolu infrastrukturunun bərpası imkanları daha gözəçarpan hesab edilə bilər.Məncə, üçtərəfli işçi qrup yaxın gələcəkdə də davam edərsə, bu imkanlar genişləndirəcək” – deyərək Grigoryan qeyd edib.
O,bir daha vurğuladı ki, Ermənistan Respublikası nəqliyyat əlaqələrinin mühasirədən qaldırılması ətrafında aparılan işlərdə “dəhliz”məsələləriylə bağlı məsələlər müzakirə etməyib və etməyəcəkdir.