BaşlıcaSiyasət

Stepanakert: Azərbaycan Dağlıq Qarabağa təyziq göstərmək və Ermənistana qarşı ekspansiya tətbiq etmək üçün meydan yaradır

Azərbaycan Dağlıq Qarabağa təyziq göstərmək və Ermənistana qarşı ekspansiya tətbiq etmək üçün meydan yaradır. Bunu NEWS.am ilə söhbətdə Artsax XİN başçısı Davit Babayan DQ ətrafında Azərbaycan tərəfinin yol tikinti işlərinə münasibət bildirirkən deyib.

Babayan qeyd edib ki, Azərbaycan həmişə çox yaxşı düşünülmüş nəqliyyat geosiyasətinə sahibdi.

“Əlbəttə ki, Azərbaycan bu təcrübədən Dağlıq Qarabağda da istifadə etməyə çalışdı. Əslində nəqliyyat siyasəti inzibati ərazi siyasətinin ayrılmaz hissəsi idi. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin xəritəsinə baxsaq, bunun necə baş verdiyini görərik.

Tarixən heç vaxt məliklik mərkəzi olmayan Martakert, bölgənin kənarında, Azərbaycan SSR ilə sərhədə çox yaxın bir bölgə mərkəzinə çevrilmişdi. Eyni şey Martuni, Hadrut, Askeran üçün idi. 1960-cı illərə qədər ermənilərin yaşayış məntəqəqsi olan Xocalı Stepanakertdən ayrıldı, daha sonra azərbaycanlıların kəndinə çevrildi/ Bu siyasət belə işləyir. Stepanakertdən Martuniyə getmək üçün Ağdamdan keçməliydik. Stepanakertdən Hadruta getmək üçün isə, Ağdam, Martuni və Fizulidən getməliydik. Martunidən Martakertə Ağdamdan, Martunidən Hadruta Fizulidən getməliydik.

Onlar bu şəkildə bastionlar, yəni geosiyasi qalalar qururdu. Bunlar Ağdam, Fizuli və Laçın idi. Laçın Ermənistanla Dağlıq Qarabağ arasında əsas rol oynayırdı, yol tam istismara verilsəydi, yenə də nəzarətdə olardı. Eyni şeyləri Ermənistanda da gördük. İndi biz açıq-aydın ekspansionist siyasəti görürük. Beləliklə, Azərbaycan bölgədəki hərbi varlığını gücləndirir. Burada geniş bir nəqliyyat ekspansiyanın siyasətini görürük”.

Daha çox göstər
Back to top button