
ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şefer (ABŞ) yaxın vaxtlarda Azərbaycan-Ermənistan sərhədini ziyarət etmək barədə razılığa gələ bilərlər.
Bu haqda Rusiya Federasiyasının ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç onlayn keçirdiyi onlayn mətbuat konfransı ərzində qeyd edib.Məlumatı TASS yayıb.
”Vacibdir ki, həmsədrlər (ATƏT-in Minsk qrupu) yaxın gələcəkdə bölgəyə gələrək və yerindəcə tərəflərlə görüşmək və aydınlaşdırmaq imkanını əldə etsin”- deyərək o, qeyd edib.
“Bu, çox vacibdir. Düşünürəm ki, yaxın gələcəkdə bu cür imkanlar yaradıla bilər”.
“Bundan başqa əlbətdə, beynəlxalq humanitar təşkilatların əhaliyə kömək üçün qəbul edilməsində ciddi bir problem var. Çoxsaylı təşkiledici xırdalıqlar var ki,onları tərəflər müxtəlif tərzdə şərh edir”- deyərək Lukaşeviç əlavə edib.
Ermənistan-Azərbaycan sərhədində Geqarkunik-Sünik bölgələrindəki vəziyyət mayın 12-dən bəri gərgindir. Mayın 27-də Azərbaycan silahlı qüvvələrinin nümayəndələri 6 erməni hərbiçisini əir götürüb.
Rəsmi Yerevan AİHM-ə müraciət etdi.