
Bu gün Bakıda erməni hərbi əsirlərə qarşı məhkəmə prosesi başladı.
Azərbaycan mətbuatının verdiyi məlumata görə, hərbi əsirlər Lyudviq Mkrtçyan və Alyoşa Xosrovyan mühakimə olunur. Hər ikisi də birinci Qarabağ müharibəsinin iştirakçısıdır, onlara absurd ittihamlar verilib.
Azərbaycan mətbuatının yazdığına görə, bu cür ittihamlarla bir sıra hərbi əsirləri (14 nəfər) mühakimə etməyi planlaşdırırlar. Beləliklə, Azərbaycan beynəlxalq ictimaiyyətin əsirlərin dərhal sərbəst buraxılması çağırışlarına həyasızlıqla məhəl qoymur. Azərbaycanın bu hərəkətləri bütün əsirlərin mübadiləsinə dair 9 noyabr tarixli üçtərəfli bəyanatı pozur.