Hollandiyanın Xarici işlər naziri vəzifəsini icra edən Sixrid Kaax parlamentə göndərdiyi məktubda Aİ Xarici İşlər Nazirləri Şurasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrə toxunaraq, bildirib ki, Hollandiya Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin dərhal sərbəst buraxılmasının vacibliyini, eləcə də Sexers və fan der Staa qətnamələri əsasında ən qısa müddətdə bölgəyə YUNESKO tərəfindən mədəni irsin qiymətləndirilməsi üçün missiya gönsərilməsinin vacibliyini vurğulayıb.
Hollandiya iki ölkə arasındakı sərhəddən qoşunların dərhal geri çəkilməsinin və danışıqlar masasına qayıtmasının vacibliyini də vurğulayır.
“28 mayda Hollandiyanın da təşəbbüsü ilə Aİ sərhəddəki inkişafdan dərin narahatlığını ifadə edən və gərginliyin azaldılmasının vacibliyini vurğulayan yeni ortaq bəyanatla çıxış etdi. Qoşunları dərhal sərhəddən geri çəkməyə çağırırılır və demarkasiya məsələsinin yalnız danışıqlar yolu ilə həllini vurğulanır. Bəyanatda, eyni zamanda, Azərbaycan erməni əsirləri dərhal azad etməyə çağırılır”,-deyə Xİ naziri qeyd edib.