Ermənistan Respublikası Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan, Ermənistan və Fransanın imtiyazlı münasibətləri olduğunu qeyd edib.
Bu haqda Paşinyan Fransa prezidenti Emanuel Makronla Parisdə görüşü zamanı bəyan edib.
“Qeyd etmək olduqca vacibdir ki,dövrdə erməni xalqı,Ermənistan Respublikası hər zaman Fransanın dəstəyini dəstəyini, xüsusən Prezident Makronun şəxsi dəstəyini hiss etmişdir.
Çox mühüm məqamı qeyd etmək istərdim ki,Prezident Makron bizim regionda böhranın başlanığıcının məhz ilk günündən həqiqət diliylə danışıb və həmin həmin səs dünyayla bir eşidiləsi olub.
Bu, bizim üçün çox vacibdir. Qeyd etmək istəyirəm ki, Fransa və Prezident Makron bu öhdəliyi davam edir və bu bizim regionda böhrana üstün gəlmək üçün olduqca vacibdir”- deyərək ER Baş naziri vəzifəsini icra edən qeyd edib.
Paşinyan Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi vacib rolunu vurğuladı. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin həllində, regional böhranların həllində və davamlı sülh və sabitliyin bərqərar olmasında son dərəcə vacibdir.
Olduqca şadam ki,müharibə bitdikdən sonra həmsədrlər üç bəyanat edib.Göründüyü kimi Qarabağ münaqişəsinin həllinə dair danışıqları bərpa etmək üçün hazır olduqlarını qeyd edib”- deyərək Baş nazir vəzifəsini icra edən qeyd edib.