
Ermənistan Respublikasının Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Fransa Prezidenti Emanuel Makronu cari ilin payızında Ermənistana dəvət etdi. Bu haqda Paşinyan Fransa Prezidenti Emanuel Makronla Parisdəki görüşü ərzində qeyd edib.
“Mən qeyd etmək istəyirəm ki, Fransanın Prezidenti hələ çoxdandı ki, Ermənistana səfər etməyi nəzərdə tutmuşdur.
O da keçən il koronavirus səbəbiylə baş tutmadı Mən ümidvaram ki, biz birlikdə koronavirusa və digər böhranlı vəziyyətlərə üstün gələcəyik.Cənab Prezident Sizi payızda Yerevanda gözləyəcəyik” – deyəərk Paşinyan bəyan edib.