BaşlıcaSiyasət

Bakıda Lyudvik Mkrtçyanın və Alyoşa Xosrovyanın hüquqları kobudcasına pozulur: Hüquqşünas

Bakıda Lyudvik Mkrtçyanın və Alyoşa Xosrovyanın hüquqları kobudcasına pozulur. Bu barədə beynəlxalq hüquq üzrə ekspert Ara Ğazaryan bildirdi.

O qeyd etdi ki, bu iki şəxs Birinci Qarabağ mühairbəsinin iştirakçıalrıdır, ikisinə qarşı absurd ittihamlar irəli sürüldü.
“Əsas məsələ onların hüquqlarının necə qorunmasıdır. Eyni şey Karen Ğazaryan məsələsində olduğu kimi baş verir. İnsanlar “akvarium”dadırlar, vəkil yoxdur, yaxınları ilə əlaqə təmin olunmur, səlahiyyətlilər arasında əlaqə təmin olunmur. Saribekyanın işi ilə bağlı da AİHM bildirdi ki, bu cür davranışın yolverilməzdir. Əsas insan hüquqları pozulub”,- deyə hüquqşünas bildirdi.

Ara Ğazaryan “Kəlbəcər təxribatçıları” Əsgərov və Quliyevlə paralellər apardı. O qeyd etdi ki, baş verənlərin izahı var. Səlahiyyətli şəxslər prosesi idarə edirlər.

“Məhkəmə yoxdur. Bu bir farsdır”,-deyə Ğazaryan vurğuladı.

O qeyd etdi ki, bu işin AİHM-ə daxil olduqda, Azərbaycan itircəcək. Bunun üçün presedentlər var, məsələn, Manvel Saribekyan məsələsi.

“AİHM bu işi ilə bağlı sənədləri tələb edəcək.İndi baş verənlər daxili auditoriyaya yönəlib. AİHM-ə gəldikdə, onlar AİHM-ə hörmət etmirlər. Məsələn, Saribekyan hələ təzminat almayıb”,- deyə Ara Ğazaryan bildirdi.

Daha çox göstər
Back to top button