
Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun həmsəd ölkəsi olaraq, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həllinə çatmaq üçün tərəflərlə işləmək prinsipinə sadiqdir. Tərəfləri ən qısa müddətdə Minsk Qrupu həmsədrlərinin rəhbərliyi ilə aparılan danışıqlara qayıtmağa çağırırıq.
Tert.am-ın sualına, Ermənistan Respublikası Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan, Geğarkunik bölgəsində Azərbaycan silahlı qüvvələrinin meydana çıxmasından sonra ortaya çıxan böhrandan çıxmaq təklifi barədə nə düşünür? ABŞ Dövlət Departamentinin rəsmilərindən biri cavab verdi.
“ABŞ, Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində baş verən son hadisələrdən, o cümlədən bir neçə erməni hərbiçilərinin Azərbaycan qüvvələri tərəfindən əsir götürülməsindən narahatdır.
Hər iki tərəfi də hadisəni sülh yolu ilə təcili həll etməyə çağırırıq. ABŞ bu səyləri dəstəkləməyə hazırdır”.
O, öz cavabında, təşkilatlarının mayın 27-də yayımladığı bəyanatı xatırlatdı.
Qeyd edək ki, Azərbaycan ordusu yarım aydan çoxdur Ermənistan ərazisindədir. Bir neçə istiqamətdən erməni ərazisinə keçərək kilometrlərlə dərinliklərə varmış və uzaqlaşmır.
Üstəlik müntəzəm şəkildə hadisələr baş verir* məsələn, atəşlər edilir və bunun nəticəsindəsə erməni hərbiçisi həlak olub.Geğarkunik vilayətində 6 erməni hərbiçi mühasirəyə düşmüş və əsir götürülmüşdür.
Böhranlı vəziyyətin həlli üçün Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan beynəlxalq ictimaiyyətə, Azərbaycan prezidentinə silahlı qüvvələrini Geğarkunik bölgəsindəki Sotkdan Syunik vilayətinin Xoznavar bölgəsinin təmas xəttindən çəkməsini təklif etmişdir.
Rusiyadan və ya ATƏT-in Minsk Qrupu həmsədrlərini təmsil edən ölkələrdən müşahidəçilər göndərməyi təklif etmişdir, ondan sonra eyni müşahidəçilərin iştiralıyla sərhəd nöqtələrini aydınlaşdırmaq işləri aparılacaq.