BaşlıcaSiyasət

ER Ombudsmanı Əliyevin anti-erməni çıxışları ilə əlaqədar ATƏT-in fəaliyyətdə olan sədrinə, ATƏT-in Minsk qrupu həmsədrlərinə müraciət etdi

ER Ombudsmanı, ATƏT-in fəaliyyətdə olan sədrinə və ATƏT-in Minsk qrupu həmsədrlərinə Əliyevin anti-erməni çıxışları ilə əlaqədar müraciət etdi. Bu barədə Ombudsman Facebook səhifəsində yazıb.

“2021-ci il mayın 20-də və 28-də Azərbaycan prezidenti ermənilərə qarşı nifrət və düşmənçilik siyasətini sübut edən çıxışlar etdi.

Çıxışların o hissələri ATƏT-in fəaliyyətdə olan sədrinə, ATƏT-in Minsk qrupu həmsədrlərinə rəsmi məktublarla göndərdim.

Bunlar eyni zamanda BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinə, Avropa Şurasının İrqçiliyə və Dözümsüzlüyə qarşı Komissiyasına, BMT-nin İnsan Hüquqları Komissarlığına və digər beynəlxalq qurumlara göndərildi.

Söhbət Azərbaycan prezidentinin 20.05.2021, 28.05.2021 tarixli çıxışlarından gedir.

Azərbaycan prezidenti bu çıxışlarda güc və təhdid dili ilə danışır, bütün erməni xalqının, bütün Ermənistan və Artsax əhalisinin ləyaqətini təhqir etmək və erməni cəmiyyətində gərginlik yaratmaq məqsədi ilə belə ritorika və sözlərdən istifadə edir”.

Tatoyan vurğulayıb ki, bu monitorinqin məqsədi Azərbaycan hakimiyyətinin soyqırım siyasətini göstərməkdir.

Daha çox göstər
Back to top button