
Azərbaycan Müdafiə nazirliyi daha bir dezinformasiya yayımlayıb.Ona əsasən iyunun 1-i axşamı 40 erməni hərbi qulluqçu Azərbaycan sərhəddini keçib.Ondan sonra güya
Azərbaycan silahlı qüvvələrinin bölmələri onları “başlanğıc mövqelərinə qayıtmağa məcbur etmişdir”.
Bu haqda informasiyanı ER Müdafiə nazirliyi yayımlayıb.
Aydındır ki, oxşar tipli dezinformasiya Azərbaycan hərbi siyasət rəhbərliyi ER SQ tərəfindən erməni-azərbaycan sərhəddində vəziyyəti kəskinləşdirmək cəhdlərinə dair beynəlxalq cəmiyyət dairəsində təəssürat yaratmaq və Azərbaycanın Silahlı qüvvələri tərəfindən mayın 12-də və 13-də Ermənistan Respublikası ərazisinə girmək təxribatını provokasion şəkildə bərabərləşdirmək niyyətiylə edilib.
Ermənistan Respublikası Müdafiə nazirliyi bildirir ki, Ermənistan Respublikası Silahlı qüvvələri nə iyunun 1-də, nə də ondan əvvəlki günlərdə Azərbaycan Respublikasının sərhədini keçməyib.
Buna dair həmin təkidlər həmin ölkənin rəsmi ali idarəçiliyi tərəfindən yayılan dezinformasiyadır ki,onun əhatəsi son vaxtlarda hiss ediləcək qədər artmışdır.
Xüsusilə, bir neçə gün əvvəl Azərbaycan Müdafiə nazirliyi güya erməni tərəfi , Ermənistan-Azərbaycan sərhədinə olduğu kimi, eləcə də , Şuşi istiqamətində yerləşdirilmiş Azərbaycan mövqeləri üzərinə atəş açdığını iddia edirdi və o da Ermənistan Müdafiə nazirliyi və Artsax Respublikasında Rusiya Federasiyası sülhməramlı missiyasının komandanlığı tərəfindən təkzib olundu” – deyərək informasiyada qeyd olunub.