BaşlıcaSiyasət

Rusiyanın Ermənistandakı səfiri Kopirkin, Syunik bölgəsində işgüzar səfərdədir

İyunun 2-dən etibarən Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri S.P. Kopirkin, Syunik bölgəsində işgüzar səfərdədir.

Rusiya diplomatik nümayəndəliyinin rəhbəri Goris-Kapan magistral yolunun (Vorotan, Şurnux) sərhəd hissələrində yerləşən nəzarət-buraxılış məntəqələrində rus və erməni sərhədçilərinin xidməti, habelə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd mühafizəsi xidmətinin işçiləri tərəfindən həll olunan problemlərin xüsusiyyətləri ilə tanış olub.

Bölgənin paytaxtına girdikdən sonra Kopirkini Kapan Bələdiyyə başçısı G.R. Parsyan qarşılayıb. O, şəhərdəki sosial-iqtisadi vəziyyəti təqdim edib, eləcə də bölgədə sülhün təmin olumasında sərhədçilərin iştirakı üçün Rusiyaya təşəkkür edib.

Daha çox göstər
Back to top button