
İyunun 2-də Syunik qubernatoru Melikset Poğosyan, Syunikdə işgüzar səfərdə olan Avropa İttifaqının Ermənistandakı səfiri Andrea Viktorini, Əməkdaşlıq İdarəsinin rəhbəri Gonzalo Serrano və Aİ nümayəndə heyətinin üzvlərini qəbul etdi.
Onlar əvvəlki günlərdə Qoris və Meğridə baş tutan görüşlərdən danışdılar.
Qubernator, Aİ-nin dəstəyi ilə Syunik bölgəsində həyata keçirilmiş və davam edən proqramlara görə səfirə təşəkkür etdi.
Tərəflər, yeni vəziyyətlə əlaqədar olaraq bölgədəki mövcud problemləri barədə də bəhs etdilər.
Andrea Viktorin, 12 mayda Azərbaycan təcavüzündən sonra Sev Liç-ə (Qara Göl) səfərindən aldıqları təəssüratlarından danışaraq, baş verənləri yerindəcə görməyin çox vacib olduğunu qeyd etdi.
“Siyasi baxımdan, bəli, biz sizin haqlı olduğunuzu bilirik və sizin yanınızdayıq, ancaq sizə kömək edəcək və ədalətli bir həll yolu tapmalıyıq”,-səfir dedi.
Qonaqlar bölgədə Aİ-nin gələcək planlarını təqdim etdilər və Aİ tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıqla maliyyələşdirilən Meğri sərhəd-keçid mətəqəsinin modernləşdirilməsi istiqamətində planlaşdırılan işləri müzakirə etdi.