BaşlıcaSiyasət

Tavuş bölgəsinin sərhədi erməni hərbçinin durduğu yerdir: Çobanyan

Tavuş bölgəsinin sərhədi bu gün erməni hərbçisinin de fakto durduğu yerdir. Bu barədə Tavuşun keçmiş icra hakimiyyət başçısı Hayk Çobanyan bildirdi.

“Ermənistan Respublikası vətəndaşı olaraq, yüksək texnoloji sənaye naziri vəzifəsini icra edən şəxs kimi vəzifəm budur ki, status-kvonun heç bir şəkildə Ermənistanın zərərinə pozulmaması üçün səylərimi əsirgəməyim”, – deyə Çobanyan bildirdi.
O vurğuladı ki, Ermənistanı təhdid edən riskləri aradan qaldırılma yolu ölkəni inkişaf etdirməkdir.

“Güclüiqtisadiyyat olmadan güclü Silahlı Qüvvələrimiz, güclü bir təhlükəsizlik sistemimiz ola bilməz. Silahlı qüvvələrimizin təcili bərpası və inkişafı, informasiya təhlükəsizliyinin təcili bərpası və inkişafı problemimiz var. Hazırda düşmənin sərhədimizə girə bilməyəcək qədər güclü olmalıyıq”,- deyə Çobanyan bildirdi.

“Hökumət bütün bunların müharibəyə çevrilməməsi üçün əlindən gələni edir”,- deyə o vurğuladı.

Daha çox göstər
Back to top button