ArtsaxBaşlıca

Artsax Prezidenti: “Biz heç vaxt Azərbaycanın tərkibində olmağı qəbul etməyəcəyik”

Artsax Prezidenti Arayik Harutyunyan bu yaxınlarda Tağavard, Karmir Şuka, Martuni rayonu və Əsgəran rayonunun Saruşen, Şoş, Xanapat və Xramort icmalarını ziyarət edib.

Sakinlərlə  həm təhlükəsizlik, həm də sosial-iqtisadi məsələlər müzakirə edilib. Prezidentin tapşırığına əsasən, bu icmalarda işçi qüvvəsinin artması hesabına tikinti işləri yeni sürət qazanacaqdır.

“ Mənim səfərim ərzində  ölkəmizin nəhəng iqtisadi layihələrindən biri olan Karkar çayının əsas qovşağının tikinti işlərini də izlədim.Buişlər   başa çatdıqdan sonra gələn ilin əvvəlindən 2000 hektar ərazi suvarılacaq” – deyərək öz Fasebook səhifəsində  Artsaxın Prezidenti qeyd edib.

Arayik Harutyunyan, Artsax xalqı ilə görüşü zamanı Artsaxın müstəqilliyinin tanınması prosesinə də toxunub.

“Biz müstəqillik uğrunda mübarizəni davam etdirəcəyik, heç vaxt Azərbaycanın bir hissəsi olmağı qəbul etməyəcəyik, bu istisna olunur. Müstəqillik gündəmi uzun prosessdir və biz buna nail olacağıq” – deyərək Artsaxın Prezidenti  bəyan edib.

Daha çox göstər
Back to top button