İyunun 3-də beşinci hərbi hissənin qadın hərbçiləri ilə atəş hazırlığı təlimləri keçirildi.
ER Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən “Armenpress” ə bildirildiyi kimi, hərbi hissə komandirinin müavini polkovnik H. Sevoyan, hərbi qulluqçuların atəş hazırlığının səviyyəsini və rəsmi silahlara sahib olma bacarıqlarını yoxlayıb. Təlimlərdə iştirak edən hərbçilər qarşıya qoyulmuş bütün atəş tapşırıqlarını uğurla yerinə yetiriblər və komandanlıq tərəfindən yüksək qiymətləndirilib.