ArtsaxBaşlıcaSiyasət

Dağlıq Qarabağda vəziyyətin nizamlanması üzrə işlər hər gün davam edir: Mariya Zaxarova

Dağlıq Qarabağda vəziyyətin nizamlanması üzrə işlər hər gün həyata keçirilir.

Bu barədə “İzvestiya”ya müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin nüayəndəsi Mariya Zaxarova bildirdi.

“Hazırda xarici işlər nazirləri ilə məsləhətləşmələr, danışıqlar aparılır. Biz hər gün Xarici İşlər Nazirlikləri və səfirlikləri vasitəsi ilə ünsiyyət qururuq. Xarici işlər nazirləri, həmçinin xarici işlər nazirlikləri ilə və səfirliklər vasitəsilə qarşılıqlı işlər hər gün davam etdirilir. Xarici işlər nazirləri, həm Rusiya-Azərbaycan, həm də Rusiya-Ermənistan arasında telefon danışıqlarına dair xəbərlər mütəmadi olaraq çıxır.

Ölkəmiz qan tökülməsinin həqiqətən dayandırıldığı qaynar mərhələdə və münaqişədən sonrakı mərhələdə bu vəziyyətin həlli üçün böyük səylər sərf edib”,- deyə Zaxarova bildirdi.

Zaxarovanın sözlərinə görə, söz yalnız ölkə rəhbərliyinin siyasi, diplomatik səyləri, şəxsi səyləri deyil, sülhməramlılar haqqındadır.

“Bu işdə indi orada olan, hər gün öz gücünü, ruhunu, bacarığını, peşəkarlığını ortraya qoyan sülhməramlılarımızın rolu böyükdür. Buna görə də, əlbəttə ki, bu vəziyyətdə Rusiya sülhməramlılarının rolu qiymətləndirilməyə bilməz”,- deyə Rusiyanın XİN nümayəndəsi vurğuladı.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button