BaşlıcaSiyasət

Erməni sülhməramlıları Kosovoda təlimlər keçirdi

Kosovoda sülhməramlı missiya həyata keçirən erməni hərbi qruplaşmasının hərbi qulluqçuları, mühafizələrinə verilmiş hərbi hava limanı ərazisində təlimlər keçiriblər.

Ermənistan Respublikası Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təlimlərdə Yunanıstan və Xorvatiya Silahlı Qüvvələrinin və mülki müdafiə vahidlərinin əsgərləri də iştirak edib.

Komandanlıq təlimlərin nəticələrini, erməni kontingentinin peşəkarlığını və təşəbbüskarlığını yüksək qiymətləndirdi.

Daha çox göstər
Back to top button