BaşlıcaSiyasət

“Qrom-2021” – KTMT Ermənistanda xüsusi təlimlər keçirəcək

KTMT Ermənistanda “Qrom-2021” xüsusi hərbi təlimini keçirəcək. “İnterfaks”-a əsasən, bu barədə KTMT mətbuat katibi Vladimir Zaynetdinov bəyan edib.

“Ermənistan ərazisində keçirilməsi planlaşdırılan təlim zamanı zirehli texnika, xüsusi texnika, aviasiya, PUA və xidməti-axtarış itlərinin istifadəsi ilə iki mərhələdə praktik tədbirlər hazırlanacaq”, – KTMT rəsmisi deyib.

Onun sözlərinə görə, təlimin hazırlanması üçün 1-3 iyun tarixlərində Ermənistanda qərargah danışıqları aparılıb. KTMT-nin Kollektiv Çevik Qüvvələrinin xüsusi təyinatlı bölmələrinin yaradılması nəzərdən keçirilib.

Daha çox göstər
Back to top button