
Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan 5 iyun tarixində Artsaxa patriarxal səfərə gələn bütün ermənilərin katolikosu II Qaregini qəbul etdi.
Ölkə başçısı bu səfərlərin vaciliyini qeyd edərək əlavə edib: “Əminəm ki, Artsax ermənilərinin varlığınıza ehtiyacı var və xalqın səfərinizlə alacağı dəstək çətin vəziyyətdən çıxmağa çox kömək edəcəkdir”.
“Əminəm ki, Tanrının köməyi ilə Artsax xalqı milli səylərlə bu çətin vəziyyətdən çıxa biləcəkdir. Bir çox çətinliklə qarşılaşırıq. Bunların öhdəsindən gəlmək üçün Erməni Apostol Kilsəsi Artsax ermınilərinə öz dəstəyini göstərməyə davam edəcəkdir”,-katolikos qeyd etdi.
Görüş zamanı mövcud çətinliklər və onların öhdəsindən gəlmək imkanları müzakirə edildi. Respublika Prezidenti müharibədən sonrakı dövrdə yaranan problemləri və onların həllində birgə səylərin göstərilməsinin əhəmiyyətini katolikosa təqdim etdi.
Prezident Harutyunyan katolikos ilə birlikdə Müdafiə Ordusunun N saylı hərbi hissəsini ziyarət etdi. Katolikos, Kilsənin hər zaman erməni ordusunun tərəfində olduğunu və həmişə olacağını təsdiqlədi və müharibənin ən çətin anlarında belə ruhanilərin erməni hərbçilərin yanında olduqlarını bildirdi.
Bütün ermənilərin katolikosu Gandzasar monastır kompleksini də ziyarət etdi.