BaşlıcaSiyasət

ER MN: “Azərbaycan tərəfindən sərhəd bölgələrində istehkam qurmaq cəhdlərinin qarşısı alınıb”

Bu yaxınlarda Azərbaycan silahlı qüvvələri tərəfindən  bir neçə dəfə Ermənistan-Azərbaycan sərhəd xəttində Ermənistan  sərhədi ərazisində  olan sərhəd bölgələrində   istehkam qurmaq cəhdləri edilib.Amma, erməni qoşun bölmələrinin müvafiq əməliyyatları nəticəsində qarşısı alınmışdır.Bu haqda Müdafiə nazirliyi bəyan edib.

“Xüsusilə bu cari il iyunun 3-də Azərbaycan silahlı qüvvələri Ermənistan Respublikasının ərazisində traktorlarla bəzi torpaq işləri aparmağa cəhd edib..

 Erməni hərbi bölmələrinin  xəbərdarlıq etdiyi atışlardan sonra iş dayandırılmışdır. Müdafiə Nazirliyinin verdiyi açıqlamada , Azərbaycan tərəfinə bu cür cəhdlərin təkrarlanmasını istisna etməklə bağlı  açıq bir tələb edilib”- deyərək  MN bəyanatında bildirilib.

Buna baxmayaraq, Azərbaycan silahlı qüvvələri həmin ərazilərdə Ermənistan Respublikasının sərhədini keçmədən mühəndis və istehkam işlərini davam etdirir.

“Bu bölgələrdə Azərbaycan qoşunlarının hərəkəti Geğarkunik bölgəsi Verin Şorja və Kut kəndlərindən göründüyünə görə, bu, yerli sakinlərin narahatlığını artırır və bununla  da İHM-nin hesabatında öz əksini tapır” – deyərək nazirlik  dəqiqləşdirir.

Bu açıqlama “Azatutyun” radiostansiyasında iyunun 4-də yayımlanan “Nə istəyirlər,onu da edirlər” “azərbaycanlılar erməni ərazilərində  səngərlər və  yollar qurur”verilişinə cavab olaraq səsəndirilib.

Daha çox göstər
Back to top button