BaşlıcaSiyasətTəhlil

Fransanın bəyanatları real əməliyyatlara çevrilə bilər, hər şey Ermənistandan asılıdır: Ekspert

Fransanın bəyanatları real əməliyyatlara çevrilə bilər. Bu barədə “NEWS.am”-a müsahibəsində politoloq Suren Sargsyan bildirdi. O qeyd etdi ki, əgər Fransa tərəfindən Artsaxın müstəqilliyinin tanınmasını istəyiriksə, aydın bəyanatlarla çıxmaq lazımdır.

Ekspert bildirdi ki, son aylarda regional inkişaflarda Fransanın fəal rolu var.

“Təəssürat elədir ki, Fransa bu çətin vəziyyətdə Ermənistanı dəstəkləməyə hazırdır. Paris, müxtəlif səviyyələrdə müvafiq bəyanatlar verdi. Bu baxımdan Fransa bizim üçün vacib bir ölkədir”,- deyə Suren Sargsyan vurğuladı.

Suren Sargsyanın sözlərinə görə, Parisin fəal fəaliyyətləri regionda Ankaranın mənfi rolunu azalda bilər. Fransanın hərəkətləri Türkiyənin Fransaya qarşı olan mənfi davranışdan asılıdır.
ER Baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyanın Fransaya səfərinə toxunan ekspert qeyd etdi ki, hər halda tərəflər o qədər də ciddi məsələlər müzakirə etməyiblər.

“Fransada erməni liderlərini həmişə yüksək səviyyədə qəbul etdilər. Paşinyanın səfəri də istisna deyildi”,-deyə Suren Sargsyan vurğuladı.

Turkoloq Ruben Safrastyanın sözlərinə görə, Fransa ATƏT Minsk qrupunun ölkəsi olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində öz rolunu bərpa etməyə çalışır.

“Müharibə nəticəsində Minsk Qrupu faktiki olaraq Dağlıq Qarabağ münaqişəsinin müzakirə prosesində çıxıb. Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsində inhisar hüuqua malik olub və Ermənistanla Azərbaycan arasında vasitəçi kimi çıxış edir. Fransa Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə qayıtmaq istəyir”, -deyə o vurğuladı.

Xatırladaq ki, ER Baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan iyunun 1-2-də Fransaya səfər etdi. Nikol Paşinyan Fransa prezidenti ilə görüşüb.

Daha çox göstər
Back to top button