Geğarkunikdə azərbaycanlılar Verin Şorja kəndinin atlarını oğurlamağa çalışıblar: ER İHM

İyunun 6-da, saat 13.30 radələrində Azərbaycan hərbi qulluqçuları Geğarkunik rayonunun Verin Şorja (Yuxarı Şorja) kəndindəki təxminən 20-yə yaxın atı oğurlamağa çalışıblar, ER İHM Arman Tatoyan bildirib.
“Çobanın 20 atı Ermənistan Respublikasının suveren ərazisində qanunsuz olaraq yerləşən Azərbaycan mövqelərinə yaxınlaşıb. Azərbaycanlı hərbçilər fürsətdən istifadə edərək otlaq istiqamətinə gedərək bütün atları oğurlamağa çalışdıbar. ER SQ hərbçilərinin açdığı atəşi nəticəsində Azərbaycan hərbçilərinin soyğunçuluq cəhdinin qarşısı alınıb”- deyə Tatoyan qeyd edib.
Tatoyan xatırladır ki, azərbaycanlıların Geğarkunikdəki Ermənistan Respublikasının mülki vətəndaşlarına qarşı cinayət əməlləri, 12 may tarixindən, saxta xəritələrə istinad edərək Ermənistan Respublikasının suveren ərazilərini qanunsuz olaraq işğal etdikləri zaman başladı.
“Bugünki hadisə bölgədəki insanların təhlükəsizliyini və sülhü bərpa etmək perspektivlərini kimin həqiqətən pozduğunu açıq şəkildə göstərir”- deyə Arman Tatoyan qeyd edib.