BaşlıcaSiyasət

“Hayastani Hanrapetutyun” gündəlik qəzeti: “ Strateji əhəmiyyət daşıyan mina partlayışları”

“Azərbaycan tərəfindən zəbt olunmuş Artsaxın Karvacar rayonunda  iyunun  5-də Azərbaycanın MN-nə məxsus olan “Kamaz” növlü avtomobil mina üzərində partlamışdır.Partlayış nəticəsində  Azərbaycanın dövlət Televiziya şirkətinin (AzTV) operatoru Sirac Abışov, “AzerTac”agentliyinin  müxbiri Məharəm İbrahimov və bir vəzifəli həyatını itirib.

Azərbaycanın  baş prokurorluğuna və DİN-nin məlumatına görə, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətini almış və hospitalda yerləşdirilmişdir.

Nəzərə alsaq ki, mina partlamasının baş verdiyi yer Kut kəndindən təxminən 40-45 km məsafədədir və əgər  hesaba alsaq ki, bu günlərdə Geğarkunik bölgəsinin sərhədyanı kəndlərində çoxlu sayda Azərbaycan silahlı qüvvələri var onda   ehtimal etmək olar ki, Azərbaycan jurnalistlərinin daha bir təxribat təbliğatı və dezinformasiya yayacağı  üçün  gedirdilər.

Hazırda Ermənistan Ombudsman aparatına Geqarkunik bölgəsindəki kənd əhalisinə qarşı qanunsuz hərəkətlər barədə çoxsaylı zənglər daxil olur.

Azərbaycan silahlı qüvvələrinin suvarma və içməli suyun yarandığı su ehtiyatlarına nəzarəti ələ alması da son dərəcə narahatedicidir.

Unutmayaq ki, su mənbələri və idarəçiliyi uğrunda mübarizə və bunun nəticəsində yaranan təhlükəsizlik problemləri bütün dövlətlər üçün olduqca önəmlidir. “Hayastani Hanrapetutyun” gündəlik qəzeti müxtəlif səbəblərlə su resursları baxımıyla Karvacar rayonunun  strateji əhəmiyyətinə toxunmuşdur”.

Daha çox göstər
Back to top button