BaşlıcaSiyasət

Syunik beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir

Son  günlərdə  Syunik, Ermənistanda fəaliyyət göstərən diplomatik və beynəlxalq strukturların diqqət mərkəzinə çevrilmişdir.

Müxtəlif ölkələrin səfirləri, BMT və Avropa Birliyinin nümayəndələri gedir, sərhədyanı bölgələrdə olurlar. Syunikə qarşı bu cür fəaliyyətin və marağın səbəbi nəylə şərtləşib?.

Kapan  icmasının rəhbəri rəhbəri Gevorg Parsyan,  “Radiolur”a bildiridi ki, yalnız son  3 gündə AB-nin Ermənistandakı səfiri Andrea Viktorini, BMT-nin Ermənistandakı daimi koordinatoru Şombi Şarpı, Rusiyanın Ermənistandakı  Fövqəladə və səlahiyyətli səfiri Serqey Kopirkini qəbul edib.

Əlbətdə ki, bölgənin təhlükəsizlik problemləri Rusiya səfiri ilə də müzakirə edildi. Gevorg Parsyan təhlükəsizlik məsələlərini vurğulasa da, digər yüksək səviyyəli vətəndaşlarla görüşün gündəliyi iqtisadiyyat  məsələləri olub.

“Əlbətdə ki, bu mövzuları gündəmə gətirirəm, vacib olan şeyin təhlükəsizlik olduğunu söyləyirəm, amma bu barədə bir şey deyə bilmirlər amma özlərini də narahat olduqlarını söyləyirlər.

Sosial, iqtisadi və eyni zamanda turizmin inkişaf proqramları müzakirə olunur, onlar köçkünlər üçün bəzi sosial təşəbbüslərə başlamağı planlaşdırdılar”.

Syunik valisinin müavini Narek Babayan beynəlxalq tərəfdaşlarla bir çox müqavilənin kağız üzərində qalacağını düşünür.

“Müharibə zamanı, müharibədən sonra BMT Sünikdə bir sıra sosial proqramlar həyata keçirdi. Ortağımız ehtiyacların qiymətləndirilməsindən sonra yeni proqramların bir mərhələsinin hazırlandığını bildirdi.

İndiyə qədər həyata keçirilən proqramlar əsasən humanitar xarakterini daşıyırdı, gələcək proqramlar daha çox inkişaf və inteqrasiya istiqamətlidir.

Daha çox göstər
Back to top button