ArtsaxBaşlıcaİctimaiyyət
Artsax Prezidenti 2021-ci ilin yay çağırışı haqqında sərəncam imzaladı
Artsax Respublikası Prezidenti Arayik Harutyunyan iyunun 7-də 2021-ci ilin yay çağırışı və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
Sərəncama görə, 18 yaşı tamam olmuş, Artsax Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Artsax Respublikasının vətəndaşları 2021-ci il iyulda həqiqi hərbi xidmətə çağırılır.
Xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə 2021-ci il iyulun 31-dək ehtiyata buraxılır.