BaşlıcaİctimaiyyətSiyasət

Azərbaycan hərbçiləri Ermənistan sakinlərindən mal-qara oğurlamaqla məşğuldurlar: Arman Tatoyan

Geğarkunik və Syunik bölgələrinin sərhəd kəndləri yaxınlığında yerləşən Azərbaycan hərbçiləri Ermənistan sakinlərindən mal-qara oğurlamaqla məşğuldurlar. Bu barədə ER Ombudsmanı Arman Tatoyan “Facebook” səhifəsində yazıb.

“Aydındır ki, Azərbaycan hərbçiləri tərəfindən Ermənistan Respublikasının sərhəd sakinlərinə məxsus heyvanların oğurlanması Ermənistan Respublikasının sərhəd əhalisinə sosial, o cümlədən həyati ziyan vurur. Bu kəndlərdə mal-qara yetişdirmək insanlar üçün işləmək, çörək qazanmaq və ailə gəlirləri qazanmağın əsas və ya yeganə yoludur”- deyə yazıda qeyd olunub.

ER Ombudsmanının sözlərincə, Ermənistan Respublikası əhalisinin hüquqlarının qorunması mütləq təcili olaraq Azərbaycan silahlı qüvvələrinin cinayət əməllərindən təhlükəsizlik zonasının mövcudluğunu tələb edir.

Daha çox göstər
Back to top button