BaşlıcaSiyasət

“Hava buludlu idi”: Erməni hərbçinin geri qaytarılması üçün danışıqlar aparılır

Duman səbəbindən yolunu itirmiş və Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan əraziyə keçmiş Artur Katanyan Syunik bölgəsindəndir.

ER Müdafiə Nazirliyi bu gün Silahlı Qüvvələrin N saylı hərbi hissəsinin müqaviləli hərbçi Artur Katanyanın duman səbəbindən yolunu itirdiyini və Azərbaycan SQ nəzarəti altında olan əraziyə keçdiyini açıqlayıb.

Hərbçinin yaşayış icmasının rəhbəri “SputnikArmeniya”ya bildirib ki, Artur təxminən 3 ildir müqaviləli hərbçidir.

“Hadisə hava şəraiti ilə əlaqədar xidmət zamanı baş verib. Çox buludlu idi, yolunu itirib. Arturun olduğu ərazidə mövqelər kifayət qədər yaxındır, hərbçilər demək olar ki, üz-üzədirlər”- deyə icma rəhbəri qeyd edib.

Onun sözlərincə, Arturun 25 yaşı var, evli deyil, valideynləri ilə yaşayır. Arturun valideynlərinə hadisə barədə məlumat verilib. Hazırda icma rəhbərinin sözlərinə görə, Arturun Azərbaycan tərəfindən qaytarılması üçün danışıqlar aparılır.

Daha çox göstər
Back to top button