BaşlıcaİctimaiyyətMədəniyyət
Konstantin Orbelyan Nyu Yorkun şəhər operasının musiqi direktoru və dirijoru olub

Milli Akademik Opera və Balet Teatrının direktoru və bədii rəhbəri Konstantin Orbelyan Nyu Yorkun Şəhər Operanın musiqi direktoru və baş dirijoru olub.
“Operawire”-nin bildirdiyinə görə, maestro bu yay ilk dəfə avqustun 29-da çıxış edəcək.
Maestro Orbelyan bildirdi ki, Nyu Yorlun şəhər operasının musiqi direktoru və dirijoru olmaqdan çox həyəcanlandı.
“Bu, koronavirus səbəbiylə bir müddət məhdudlaşdırıldıqdan sonra tarixən və mədəni baxımdan əhəmiyyətli musiqi qurumunun yenidən dirçəlməsinə kömək etmək üçün əla bir fürsətdir.
Teatr ənənələrinə sadiq qalaraq, çağdaş bəstəkarlara əsərlərini təqdim etmək üçün əla bir platforma təqdim edəcəyik”,- deyə Orbelyan bildirdi.