
Kampaniyanın 3-cü günündə Şirak bölgəsinin Mets Mantaş icmasında keçirilən görüşlər seriyasına başlayaraq, “Mülki Müqavilə” partiyasının rəhbəri Nikol Paşinyan, ilk növbədə, erməni hərbçinin geri dönməsinin xoşbəxt xəbərini paylaşdı:
“Bilirsiz ki, dünən hərbçilərimizdən biri yolunu azaraq Azərbaycanın nəzarətindəki əraziyə keçib. Bu axşam hərbçi geri qaytarılıb və mən bölgədəki və ümumilikdə Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin azaldılması baxımından bunu çox müsbət addım hesab edirəm”.